TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib AQEM-in Baş katibi ilə görüşüb

Baş katib AQEM-in Baş katibi ilə görüşüb

Tarix
Baxış
3
17 oktyabr 2025-ci il tarixində Baş katib səfir Ramil Həsən Astanaya səfəri zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi səfir Kayrat Sarıbaya nəzakət ziyarəti edib. Kayrat Sarıbay Ramil Həsəni vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Görüşdə tərəflər iki qurum arasında uzun illər davam edən əməkdaşlığı qeyd edərək, əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Hər iki tərəf maraq doğuran sahələrdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə və regional dialoqun, sülhün və əməkdaşlığın təşviqinə yönəlmiş tərəfdaşlıq istiqamətində yeni yolların araşdırılmasına sadiqliyini ifadə ediblər. Baş katibi onun müavinləri Talqat Aduov, Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.