TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Ankarada keçirilən kitab təqdimatı mərasimində iştirak edib

Baş katib Ankarada keçirilən kitab təqdimatı mərasimində iştirak edib

Tarix
Baxış
3
16 dekabr 2021-ci il tarixində Ankarada, TÜRKPA baş katibi Milli Məclisin üzvü Məlahət İbrahimqızının müəllifi olduğu iki qardaş ölkə Azərbaycan və Türkiyə və bu ölkələrin dövlət başçıları İlham Əliyev və Recep Tayyip Erdoğanın əbədi və sarsılmaz dostluq münasibətlərinə həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimat mərasimində iştirak edib. Tədbirdə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Türkiyə Böyük Millət Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatları, beynəlxalq təşkilatların, diplomatik korpusların rəhbər və nümayəndələri, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər. Kitabın rəyçiləri Ankara Universitetinin rektoru Nejdet Ünüvar, Milli Məclisin üzvü Əhliman Əmiraslanov, redaktoru isə TBMM Komissiya sədri Öznur Çalıkdır.