TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Altınbek Mamayusupov AQFETM-in icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb

Baş katib Altınbek Mamayusupov AQFETM-in icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb

Tarix
Baxış
3
2021-ci ilin 11 oktyabr tarixində baş katib Altınbek Mamayusupov Nur-Sultanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) xarici işlər nazirlərinin 6-cı iclası çərçivəsində AQFETM-in icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb. Görüş zamanı tərəflər qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə ediblər. TÜRKPA ilə AQFETM arasında əməkdaşlığın konkret mexanizmlərindən geniş istifadə olunmasına toxunan baş katib AQFETM-in fəaliyyəti çərçivəsində yaradılacaq Təhlil Mərkəzi Forumu ilə qarşılıqlı fəaliyyətdə maraqlı olduğunu bildirmişdir. Tərəflər əməkdaşlığın gələcək perspektivləri və mümkün birgə fəaliyyətlərə dair fikir mübadiləsi aparmışdır.