Baş katib 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib
Tarix
Baxış
3
19 yanvar 2025-ci il tarixində Baş katib Mehmet Süreyya Er Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad etmək üçün Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
Baş katib 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri qoyub.
1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyinin göstərişi ilə Bakı və ətraf rayonlarda günahsız dinc əhalinin, o cümlədən qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi “Qara Yanvar” kimi tanınan faciəli hadisələr xalqın müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olub. Şəhidlər xiyabanı Azərbaycan xalqının azadlıq və milli suverenlik uğrunda apardığı mübarizədə mətanətinin və sarsılmaz ruhunun əbədi simvolu kimi ucalır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026