TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin 2-ci iclası keçirilib

Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin 2-ci iclası keçirilib

Tarix
Baxış
3
15 aprel 2025-ci il tarixində Bakıda Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin 2-ci iclası keçirilib. “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən iclasda TÜRKPA üzv və müşahidəçi dövlətlərinin, eləcə də Özbəkistanın parlament nümayəndə heyətləri iştirak edib. İclas regional təhlükəsizlik çağırışları üzrə dialoqun inkişafı, eləcə də müdafiə və təhlükəsizlik sahələrində parlamentlərarası əməkdaşlığın təşviqi üçün mühüm platforma rolunu oynayıb. İclas Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevin açılış nitqi ilə öz işinə başlayıb. İclasda, həmçinin Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar, Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Amangeldi Nuqmanov, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq əlaqələr, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Sulaymanov, Özbəkistan Respublikası Ali Məclisi Senatının Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Kutbidin Burxanov, Şimali Kipr Türk Respublikası Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemin Öztürk və TÜRKPA Baş katibi Mehmet Süreyya Er çıxış ediblər. Öz çıxışında Baş katib Mehmet Süreyya Er iclasın dünyada baş verən siyasi proseslər, geosiyasi gərginliklər, beynəlxalq hüququn pozulması və dəyişən təhlükələr dinamikası fonunda aktuallığını vurğulayıb. Ortaq təhdidlər və strateji maraqların, regional təhlükəsizlik və sabitliyin aradan qaldırılması baxımından türk dövlətləri arasında müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığın əhəmiyyətinə toxunan Baş katib, bu sahədə əməkdaşlığın institusionallaşdırılması istiqamətində platforma olaraq TÜRKPA-nın rolunu qeyd edib. Bu kontekstdə o, təhlükəsizlik siyasətinin formalaşdırılması və regional təhlükəsizliyin təmin edilməsində parlament dialoqunun və əməkdaşlığının xüsusi yerini qeyd edib. Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin üzvləri Əbdürrəhim Dusak, Aşkın Genç və Zuhal Karakoç Dora və Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Hikmət Məmmədov, Erkin Qədirli, Ramid Namazov, Qaya Məmmədov, Gülşən Paşayeva, Samir Vəliyev, Rizvan Nəbiyev, Mahir Süleymanlı, Səbinə Salmanova and Aydın Mərzəzadə iclasda çıxış ediblər. Müzakirələr zamanı türk dövlətləri arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə parlamentlərin rolu müzakirə edilib. İclasda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik komitələri sədrlərinin mütəmadi olaraq iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb. İclas fikir mübadiləsinə şərait yaradıb və türk dövlətləri arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq üçün vahid və perspektivli baxışın formalaşmasına töhfə verib. İclasdan öncə iştirakçılar Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Qələbə abidəsini ziyarət ediblər. Proqrama, həmçinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisəyə ziyarət də daxil edilib.