TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Bakıda TÜRKPA Şurasının iclası keçirilib

Bakıda TÜRKPA Şurasının iclası keçirilib

Tarix
Baxış
3
6 iyun 2024-cü il tarixində Bakıda Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində Assambleya Şurasının iclası keçirilib. İclasda Şura üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, o cümlədən TÜRKPA Baş katibi Mehmet Süreyya Er iştirak ediblər. TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşun açılış nitqindən sonra TÜRKPA sədrliyinin Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil mərasimi keçirilib. İclasda parlament sədrləri çıxış ediblər. Şura gündəlikdəki məsələlərlə bağlı qərarlar qəbul edib. Şura TÜRKPA-nın seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarının, 13-cü plenar iclasın gündəliyinin və Bakı Bəyannaməsinin layihələrini təsdiqləyib, Assambleyanın yeni bayrağını və loqosunu qəbul edib. Assambleya Şurası TÜRKPA daimi komissiyalarının sədrləri və sədr müavinlərinin, Baş katibin müavininin namizədliyini təsdiq edib və TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibini seçib.