Bakıda TÜRKPA-nın 15-ci ildönümünə həsr edilmiş konfrans və qəbul keçirilib
Tarix
Baxış
3
TÜRKPA 21 noyabr 2023-cü ildə Bakıda yaradılmasının 15-ci ildönümünə həsr edilmiş “TÜRKPA-nın 15-ci ildönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivlər” mövzusunda konfrans təşkil edib.
Tədbirdə türk dövlətlərinin parlamentlərindən olan nümayəndə heyətləri, parlamentlərarası təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələri, eləcə də türk dövlətlərinin Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Baş katib Mehmet Süreyya Er iştirakçıları salamlayıb və TÜRKPA-nın ötən 15 ilinin böyük təcrübə kimi təşkilatın gələcək fəaliyyəti üçün möhkəm təməl olduğunu qeyd edib.
O, 15 il ərzində Assambleyanın işə saldığı müxtəlif əməkdaşlıq mexanizmləri və formatlarından danışıb. Baş katib TÜRKPA-nın Türk dünyasında sürətlə cərəyan edən əməkdaşlıq proseslərində ön sıralarda olduğunu və 15 illik müsbət təcrübənin və günün reallıqlarının Assambleya çərçivəsində əməkdaşlığın parlaq gələcəyinə inamla nəzər salmağa imkan verdiyini vurğulayıb. TÜRKPA-nın fəaliyyətdə olan sədrliyi, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ, Türkiyə Böyük Millət Məclisinin üzvləri Osman Mesten və Tahir Akyürek, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Məlahət İbrahimqızı və Fazil Mustafa, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Dastanbek Jumabekov, TÜRKPA-nın keçmiş Baş katibi, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Ramil Həsən, Türkiyənin Aralıq dənizi ölkələri Parlament Assambleyasındakı Türkiyə nümayəndə heyətinin rəhbəri Atay Uslu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi Asəf Hacıyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Sədi Cəfərov, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Baş katibinin müavini Janq Linq, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) baş katibinin müavini Aydin Cəfərov, Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan, Türk Ticarət və Sənaye Palataları Birliyinin İdarə Heyətinin üzvü Məmməd Musayev və TDBB-nin Baş katibi Fahri Solak çıxış ediblər. Konfransa TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr Komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten moderatorluq edib.
TÜRKPA-nı yaranmasının 15 illiyi və son 15 ildə əldə olunan nailiyyətlər münasibətilə təbrik edən iştirakçılar Türk dünyasında əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Konfrans ailə fotosunun çəkilişi ilə yekunlaşıb.
Həmin gün TÜRKPA türk dövlətlərinin parlament nümayəndə heyətləri, parlamentlərarası təşkilatların, türk əməkdaşlıq təşkilatları, tərəfdaş qurumlar və Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yaradılmasının 15 illiyinə həsr olunmuş qəbul keçirib.
Qəbulda Baş katib Mehmet Süreyya Er və Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli qonaqlar qarşısında çıxış ediblər.
Tədbirdə, həmçinin TÜRKPA-nın fəaliyyətinə dair videoçarx və musiqi proqramı nümayiş etdirilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026