Bakıda TÜRKPA Gənc Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib
Tarix
Baxış
3
5 iyun 2024-cü il tarixində Bakıda TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda Gənc Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib.
Tədbirdə TÜRKPA üzv dövlətlərinin və müşahidəçi qismində Şimali Kipr Türk Respublikasının (ŞKTC) parlamentariləri bir araya gəlib.
İclasa qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan sədrlik edib. Açılış nitqi ilə çıxış edən qrup rəhbəri tədbirə ev sahibliyinə görə Milli Məclisə minnətdarlığını bildirib və iclasın gələcəyin zəmanəti olan gənclər üçün səhiyyə siyasətinin və həyata keçirilən tədbirlərin dəyərləndirilməsi üçün gözəl fürsət olacağına inamını ifadə edib.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Anar Məmmədov və Əliabbas Salahzadə, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Kubanıçbek Samakov, ŞKTC Məclisinin üzvü Fide Kürşat çıxış ediblər.
Gənclər arasında artan piylənmə, narkomaniya, qeyri-kafi qidalanma, oturaq həyat tərzi və yoluxucu xəstəliklər kimi sağlamlıq problemlərinə toxunan cənab Çalışkan, sağlamlığın qorunması və TÜRKPA üzv dövlətlərinin gəncləri üçün imkanların yaxşılaşdırılması ilə bağlı tədbirlər üzrə gələcək əməkdaşlığın zəruriliyini vurğulayıb. Bununla bağlı gənclərin sağlamlıq problemlərinin dərk edilməsi, sağlam həyat tərzinin dəstəklənməsi və təbliği istiqamətində həyata keçirilən siyasət və proqramlar barədə fikir mübadiləsi aparılıb. O, gənclərin sağlam həyat tərzi sürməsi üçün bundan sonra da birgə fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib.
Qrup müvafiq hesabat məruzəsini və tövsiyə qərarını qəbul edib və TÜRKPA-nın Qazaxıstan Respublikasında keçiriləcək 14-cü plenar iclası çərçivəsində 4-cü iclasının mövzusunu müəyyən edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026