Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin iclası keçirilib
Tarix
Baxış
3
25 aprel 2024-cü il tarixində Bakıda Azərbaycan Respublikası Milli Məclisinin evsahibliyində Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin İclası keçirilmişdir.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikası parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri və sədr müavinləri, TÜRKPA-nın Baş katibi və digər rəsmi şəxslər iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydos Sarım, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq əlaqələr, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Leyla Lurova, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Favziyeva, Şimali Kipr Türk Respublikası Məclisinin Hüquq, siyasi məsələlər və xarici əlaqələr komitəsinin sədri Yasemin Öztürk və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış ediblər.
İştirakçılar türk dövlətləri arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini, türk dövlətləri arasında parlament səviyyəsində qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsində mühüm platforma kimi TÜRKPA-nın rolunu vurğulayıblar. İclasda türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi, TÜRKPA çərçivəsində əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. İştirakçılar parlamentlərarası dostluq qruplarının əlaqələrin möhkəmləndirilməsində rolunu da vurğulayıblar.
Baş katib Mehmet Süreyya Er çıxışında dünyada baş verən siyasi proseslər, gərginliklər və yeni çağırışlar fonunda parlament diplomatiyasının mühüm rolunu qeyd edib. O, türk dövlətlərinin güclü əməkdaşlıq iradəsinin türk əməkdaşlığının parlament ölçüsü kimi TÜRKPA çərçivəsində qarşılıqlı fəaliyyətə təkan və dinamizm verdiyini qeyd edib. Baş katib ümumi maraq doğuran məsələlərlə bağlı mövqelərin əlaqələndirilməsi baxımından bu cür iclasların əhəmiyyətini vurğulayıb və iclasın əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Tədbir ailə fotosu ilə yekunlaşıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026