TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Bakıda “ŞKTR Mədəniyyət və Təqdimat Günləri” tədbirinə həsr olunmuş qala şam yeməyinin açılış mərasimi keçirilib

Bakıda “ŞKTR Mədəniyyət və Təqdimat Günləri” tədbirinə həsr olunmuş qala şam yeməyinin açılış mərasimi keçirilib

Tarix
Baxış
3
12 oktyabr 2023-cü il tarixində Azərbaycana rəsmi səfəri çərçivəsində Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Bakıda “ŞKTR Mədəniyyət və Təqdimat Günləri” tədbirinə həsr olunmuş qala şam yeməyinin açılış mərasimində iştirak edib. Qala şam yeməyində birinci xanım Sibel Tatar, ŞKTR-nin Baş naziri Ünal Üstel, Baş nazirin müavini, ŞKTR-nin turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcı, ŞKTR-nin Bakı nümayəndəsi Ufuk Turqaner, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, millət vəkilləri, akademik və işgüzar dairələrin nümayəndələri iştirak ediblər. Qala şam yeməyində TÜRKPA Baş katibi Mehmet Süreyya Er də iştirak edib. Tədbirdə çıxış edən prezident Ersin Tatar Kipr türklərini türk dünyasının ayrılmaz hissəsi kimi qeyd edib. O, ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi iradəsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Proqramda ŞKTR haqqında filmin nümayişi də olub. ŞKTR-nin Prezidenti Ersin Tatar “ŞKTR Mədəniyyət və Təqdimat Günləri” tədbirində iştirak etmək və bir sıra görüşlər keçirmək məqsədilə Azərbaycana səfər edib. Bu, ŞKTR-nin Prezidenti Ersin Tatarın Azərbaycana ilk rəsmi səfəridir. ŞKTR Türk Dövlətləri Təşkilatı və TÜRKPA-nın fəaliyyətlərində müşahidəçi qismində iştirak edir.