Bakıda Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Tarix
Baxış
3
19 noyabr 2025-ci il tarixində TÜRKPA Komissiyasının katibi Aygerim Taalaybekova Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi və Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir və Türk dünyasının miniatür sənətinin incəliklərini əks etdirən “Kölgəsiz Dünya” sənədli filminin təqdimatında iştirak edib.
Tədbirdə parlament üzvləri, müxtəlif qurumların nümayəndələri, eləcə də elm, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.
Tədbirin açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, prof. Aktotı Raimkulova çıxış edib. O, nitqində Azərbaycanın Qələbəsinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Qarabağın yalnız Azərbaycana məxsus olduğunu qeyd edib.
Tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi yad edilib. Zəfər mövzusuna həsr olunmuş musiqi nömrələri, ifalar və rəqslərlə zəngin proqram Türk dünyasının miniatür sənətinə həsr edilmiş “Kölgəsiz Dünya” filminin nümayişi ilə başa çatıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026