TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Bakıda İslamofobiya ilə mübarizə üzrə beynəlxalq konfrans keçirilib

Bakıda İslamofobiya ilə mübarizə üzrə beynəlxalq konfrans keçirilib

Tarix
Baxış
3
27 may 2025-ci il tarixində TÜRKPA Baş katibinin müavini Sakı Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda BMT tərəfindən tanınmış “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü”nün təsis olunmasının 3-cü ildönümünə həsr edilmiş “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması”mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə baş tutub. Konfransa aparıcı qlobal qurumlar, o cümlədən G20 Dinlərarası Dialoq Forumu, İslam Əməkdaşlıq Təşkilatı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi, İnsan Qardaşlığı Ali Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, Avropa Müsəlman Liderləri Assambleyası və Beynəlxalq Müsəlman Forumu dəstək verib. Konfrasda geniş miqyasda 40-a yaxın ölkədən ekspertlər və fikir sahibləri qismində 120-dən çox qonaq– alimlər, dini liderlər və QHT nümayəndələri iştirak edib. Konfransın gündəliyi islamafobiyada qlobal tendensiyalar: çağırışlar və cavablar; siyasətdə anti-müsəlman ritorikası və hüquqi çərçivələr; dəyişən dünyada İslam mədəni irsinin qorunması da daxil olmaqla, anti-müsəlman qərəzinin artması və ona cavab tədbirləri ilə bağlı geniş mövzuları əhatə edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub. O, öz çıxışında islamofobiya ilə bağlı qlobal təhlükənin artdığını vurğulayıb və onunla mübarizədə hər kəsi təcili birgə fəaliyyətə çağırıb. Bundan əlavə, o, İslama və müsəlmanlara qarşı hücumlara haqq qazandırmaq üçün anti-müsəlman əhval-ruhiyyəsinin artmasını, institusional ayrı-seçkilik və söz azadlığından sui-istifadəni pisləyib. Xüsusilə, Xocalı soyqırımı kontekstində Azərbaycanın işğalı və mədəni sərvətinin dağıdılması ilə bağlı təcrübəyə istinad edərək, İslam irsinin sistematik şəkildə silindiyini və beynəlxalq ictimaiyyətin laqeydliyini vurğulayıb. O, dinlərarası dialoqun, müsəlman xalqları arasında həmrəyliyin, sülh və tolerantlıq kimi İslami dəyərlərin təbliğinin zəruriliyini qeyd edib. Tədbir zamanı natiqlər öz çıxışlarında təhrif olunmuş media təsvirlərinin və ifrat dərəcədə siyasi hekayələrin çox vaxt müsəlmanlara qarşı qərəzi gücləndirdiyini qeyd ediblər. Qətər rəsmisi İbrahim Saleh Əl-Naimi islamafobiya ilə mübarizə üçün “dərin köklü təhsil təşəbbüsləri”nə çağırıb. Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin nümayəndəsi António de Almeyda Ribeyro dinlərarası dialoqun “nifrət nitqi, dini ayrı-seçkilik və zorakılığa təhrik ilə mübarizə apara bilən “transformasiyaedici qüvvə” ola biləcəyini vurğulayıb. Konfransda islamafobiya ilə mübarizənin tolerantlıq və dinlərarası dialoqun təşviqindən ayrı-seçkilik yaradan qanunlar və ritorikaya qarşı mübarizəyədək vahid beynəlxalq reaksiya tələb etdiyi qeyd olunub. İştirakçılar anti-müsəlman qərəzinə qarşı mübarizənin insan hüquqlarına və müxtəlifliyə dəyər verən hər kəsin ortaq məsuliyyəti olduğunu ifadə ediblər. Baş katibin müavini Sakı Sadıkovu TÜRKPA-nın komissiya katibi Kadir Yaman müşayiət edib.