Bakıda Amputant Futbolu üzrə Millətlər Liqasının C Qrupunun oyunlarının açılış mərasimi keçirilib
Tarix
Baxış
3
TURKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər üzrə komissiyasının katibi Aygerim Taalaybekova Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlığı çərçivəsində təşkil olunan 2025-ci il Amputant Futbolu üzrə Millətlər Liqasının “C” Qrupunun oyunlarının açılış mərasimində iştirak edib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov açılış nitqi ilə çıxış edib. Öz çıxışında Dünya Amputant Futbolu Federasiyasının prezidenti Mateuş Vidlak inklüzivlik və ədalətli rəqabət mövzularına toxunub.
Mərasimdə iştirakçılar komanda və hakimlərin yürüşü, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də milli rəqsin nümayişini izləyiblər. Bu oyunlar hər iki ildən bir Avropa Futbol Assosiasiyaları İttifaqının dəstəyi ilə keçirilir. Bu il Bakı Azərbaycan, Belçika, İsrail, Niderland və Ukraynanın amputant futbol üzrə milli liqalarına ev sahibliyi edib. Tədbir dünyada mina problemi ilə bağlı qlobal diqqətin artırılması üçün mühüm platforma olmaqla yanaşı, mina partlayışlarından sağ qalanlar arasında həmrəylik, dözümlülük və inklüzivliyin idman vasitəsilə təşviqinə xidmət edir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026