Bakı “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib
Tarix
Baxış
3
18 sentyabr 2023-cü il tarixində Baş katib Mehmet Süreyya Er Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfrans Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü münasibətilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil edilib.
Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər, eləcə də digər xarici qonaqlar iştirak edib.
Açılış mərasimində Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti oxunub. Prezident İlham Əliyev çıxışında itkin düşmüş şəxslər məsələsinin Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biri olduğunu qeyd edərək, konfransın beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi ağrılı məsələyə cəlb edilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Konfransın gündəliyinə dünyada itkin düşmüş şəxslər haqında qısametrajlı film nümayişi, panel müzakirələr və qonaqların çıxışları daxil edilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026