TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Bakı 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edib

Bakı 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edib

Tarix
Baxış
3
1 may 2024-cü il tarixində Baş katib Mehmet Süreyya Er “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib. Forum 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, UNESCO, BMT-nin Turizm və ICESCO kimi beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində keçirilib. Üç gün davam edən tədbir 100-dən çox ölkəni təmsil edən 700 qonağı, o cümlədən hökumət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, tanınmış mədəniyyət xadimlərini, jurnalistləri, vətəndaş cəmiyyəti təşkilatlarını və ziyalıları aktual qlobal çağırışları müzakirə etmək məqsədilə bir araya gətirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib. Forum iştirakçılarını salamlayan dövlət başçısı qarşıdakı müzakirələrin və ideyaların mədəniyyətlərarası dialoqa yanaşmaların, mövcud və potensial təhlükələrin azaldılması istiqamətində birgə fəaliyyətin daha da inkişaf etdirilməsinə kömək edəcəyinə əminliyini ifadə edib. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin qorunması, qeyri-qanuni miqrasiya və digər sahələr üzrə müzakirələrə həsr olunmuş 4 plenar iclas təşkil edilib və 12 panel müzakirələri aparılıb. 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi qlobal sülh və təhlükəsizlik imperativlərinin irəliləyişinə xidmət edən dialoqun asanlaşdırılması, əməkdaşlıq çərçivələri, liderliyin effektivliyi və qarşılıqlı əlaqələrin mürəkkəb dinamikası arasında kritik kəsişmələrin araşdırılmasından ibarət olub.