Azərbaycanın Xarici İşlər Nazirliyi Kəlbəcərə səfər təşkil edib
Tarix
Baxış
3
31 may 2022-ci il tarixində Baş katibin müavini Fuad Ələkbərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Kəlbəcər rayonuna təşkil edilən səfərə qatılıb. 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatdan 80-nə yaxın diplomat və hərbi attaşenin iştirak etdiyi səfərin məqsədi diplomatları işğal nəticəsində törədilmiş dağıntılar və işğaldan azad edilmiş ərazilərdə gedən bərpa işləri ilə tanış etməkdən ibarət olmuşdur.
Səfər zamanı diplomatlar 2024-2025-ci illərdə tamamlanması planlaşdırılan Murovdağ silsiləsi və Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzərində inşası davam etdirilən tunellər, eləcə də işğal zamanı tamamilə dağıdılmış iki su elektrik stansiyasının bərpası prosesi ilə tanış olmuşdur.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026