TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Azərbaycan XİN Laçına səfər təşkil edib

Azərbaycan XİN Laçına səfər təşkil edib

Tarix
Baxış
3
24 iyun 2023-cü il tarixində TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının katibi Bauırjan Datkayev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərəfindən Laçın rayonuna təşkil edilən səfərdə iştirak etmişdir. Səfərdə 33 ölkədən və 10 beynəlxalq təşkilatdan 60-a yaxın diplomat və hərbi attaşe iştirak etmişdir. Qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olmuş, ilk yaşayış kompleksinə, eləcə də tikilməkdə olan Aqro və Sənaye Parkına baş çəkmişdir. Tədbir iştirakçılarına Həkəri çayının sahilində salınmış “Laçın bulvarı” və Zabux kəndində aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir. Proqrama əsasən iştirakçılar Zəngilan rayonunun Ağalı kəndinə də səfər etmiş, Ağalıda həyata keçirilən “Ağıllı kənd” layihəsi ilə tanış olmuşdur.