TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Azərbaycan XİN-i Ağdama səfər təşkil edib

Azərbaycan XİN-i Ağdama səfər təşkil edib

Tarix
Baxış
3
16 avqust 2023-cü il tarixində Baş katibin müavini Nooruzbek Arstanbekov və Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Ağdam şəhərinə təşkil edilmiş səfərdə iştirak etmişdir. Səfərin təşkilində məqsəd Ağdam şəhərində aparılan yenidənqurma, tikinti, infrastruktur və yol işləri ilə yerində tanışlıq olub. Proqramda Azərbaycanda akkreditə olunmuş diplomatlar, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. İştirakçılara rayonun yol infrastrukturu potensialı, xüsusilə Ağdam-Xankəndi avtomobil yolu və Bərdə-Ağdam dəmir yolu haqqında məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Ağdam-Xankəndi magistral yolu Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatına reinteqrasiyası prosesinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Sonra iştirakçılar Ağdam Konfrans Mərkəzində olub, ətraf mühitin abadlaşdırılmasını əhatə edən layihələr toplusu ilə tanış olublar.