TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Azərbaycan Respublikasının xarici işlər naziri TÜRKPA Baş katibini qəbul edib

Azərbaycan Respublikasının xarici işlər naziri TÜRKPA Baş katibini qəbul edib

Tarix
Baxış
3
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyətini qəbul edib. Nazir Ceyhun Bayramov səfir Ramil Həsəni TÜRKPA-nın Baş katibi kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona vəzifələrinin icrasında uğurlar arzulayıb. Baş katib öz növbəsində səmimi qəbula və TÜRKPA-nın fəaliyyətinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Görüş zamanı tərəflər əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparıb və qarşıdakı dövrdə mövcud ikitərəfli əlaqələr çərçivəsində yeni mexanizmlərin tətbiqinin vacibliyini vurğulayıblar. Baş katibi onun müavinləri Talqat Aduov, Sakı Sadıkov, Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.