TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Azərbaycan Respublikasının Prezidenti TÜRKPA nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti TÜRKPA nümayəndə heyətini qəbul edib

Tarix
Baxış
3
2024-cü il iyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Erdən ibarət TÜRKPA nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev TÜRKPA-nın 13-cü Plenar iclasında iştirak etmək üçün Bakıya səfər etmiş nümayəndə heyəti üzvlərini salamlayıb və qarşıdan gələn Plenar iclasın məhsuldar olacağına əminliyini ifadə edib. Dövlət başçısı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinin türk dövlətləri ilə əlaqələri möhkəmləndirmək, bütövlükdə türk dünyasının inkişafına töhfə vermək olduğunu qeyd edib və bu istiqamətdə əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu bildirib. TÜRKPA nümayəndə heyəti səmimi qəbula görə minnətdarlığını bildirərək, türk dünyasında parlament əməkdaşlığını dəstəkləməyə davam etmək əzmini ifadə edib. Nümayəndə heyəti həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası münasibətilə bir daha təbriklərini çatdırıb və Qarabağ regionunun sürətlə bərpasından məmnunluq ifadə edib.