TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Azərbaycan Prezidenti TÜRKPA Baş katibini və TÜRKPA Seçki Müşahidə Missiyasının rəhbərini qəbul edib

Azərbaycan Prezidenti TÜRKPA Baş katibini və TÜRKPA Seçki Müşahidə Missiyasının rəhbərini qəbul edib

Tarix
Baxış
3
8 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA Seçki Müşahidə Missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib. Prezident İlham Əliyev TÜRKPA Missiyasına seçkilərdə müşahidəçi qismində iştirakına görə minnətdarlığını bildirib. Seçkilərin tarixi əhəmiyyətini vurğulayan dövlət başçısı Xankəndi şəhərində keçirilən səsvermədə ailə üzvləri ilə birlikdə iştirak etdiyini qeyd edib. TÜRKPA nümayəndə heyəti dövlət başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. Onlar missiyanın Şuşa və Xankəndi şəhərlərində səsvermə prosesini müşahidə etdiklərini məmnunluqla ifadə ediblər. TÜRKPA nümayəndə heyəti Azərbaycan xalqının Qarabağ zəfərini bütün türk dünyasının zəfəri olduğunu və bu zəfərin türk dünyasının özünəinamını daha da gücləndirdiyini qeyd edib. Tərəflər türk dünyasında bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıblar.