Astanada TÜRKPA Şurasının iclası keçirilib
Tarix
Baxış
3
12 iyun 2025-ci il tarixində Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyində TÜRKPA-nın 14-cü plenar iclası çərçivəsində Assambleya Şurasının iclası keçirilib.
Şura üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Nurlanbek Turqunbek Uulu, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, eləcə də TÜRKPA baş katibi Mehmet Süreyya Er iclasda iştirak ediblər.
TÜRKPA-nın Fəaliyyətdə olan Sədri, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın açılış nitqinin ardınca TÜRKPA-dakı sədrliyin Azərbaycan Respublikası Milli Məclisindən Qazaxıstan Respublikası Parlamentinə təhvil verilməsi mərasimi keçirilib. İclasda parlament sədrləri çıxış ediblər. Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Yerlan Koşanov TÜRKPA-nın yeni Fəaliyyətdə olan Sədri kimi salamlama nitqi söyləyib.
Şura gündəlikdə duran məsələlərlə bağlı qərarlar qəbul edib, o cümlədən, TÜRKPA-nın seçki müşahidə missiyalarının yekun hesabat layihələrini, 2026-cı maliyyə ili üçün büdcə layihəsini, 14-cü plenar iclasın Astana Bəyannaməsinin layihəsini təsdiq edib, eləcə də 2026-cı il üçün Fəaliyyət Planını qəbul edib, habelə daimi komissiyaların sədr müavinləri, TÜRKPA baş katibi və baş katibin müavini vəzifələrinə namizədləri təsdiq edib və komissiya katiblərini seçib.
Aygerim Taalaybekova TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi vəzifəsinə, Kadir Yaman isə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi vəzifəsinə seçiliblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026