Astanada AQFETM-in 6-cı iclası keçirilib
Tarix
Baxış
3
12-13 oktyabr 2022-ci il tarixlərində Baş katibin müavini Talqat Aduov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) 30 illik yubileyi münasibətilə Astanada keçirilən 6-cı Zirvə Görüşündə iştirak etmişdir.
Zirvə görüşündə 11 üzv dövlət başçısının rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətləri, nazirlər, səfirlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.
Zirvə görüşünün gündəliyinə AQFETM-in tamhüquqlu regional beynəlxalq təşkilata çevrilməsi, AQFETM Fondunun yaradılması, o cümlədən Küveytin təşkilata üzv olması və digər məsələlər yer almışdır. Zirvə görüşü zamanı Türkmənistan AQFETM-ə müşahidəçi qismində qoşulmuşdur.
İştirakçılar Asiyada sülh və təhlükəsizliyin təmin edilməsində çoxtərəfli yanaşmaların inkişafı yolu ilə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etmişdir.
AQFETM-in yaradılmasında Qazaxıstanın tarixi və əsas rolu nəzərə alınaraq, Qazaxıstan Respublikasının 2022-2024-cü illər ərzində AQFETM-də sədrliyinin davam etdirilməsi ilə bağlı Qazaxıstan tərəfinin təklifi dəstəklənmişdir.
TÜRKPA 2012-ci ildən AQFETM-də müşahidəçi statusuna malikdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026