Astanada AQFETM-dә (CICA) hәrbi-siyasi ölçü mövzusunda seminar baş tutmuşdur
Tarix
Baxış
2
11 oktyabr, 2017-ci ildə Astanada Qazaxıstan Respublikası Müdafiə və Aerokosmik Sənaye Nazirliyi tərəfindən AQFETM-də hərbi-siyasi ölçüdə etimad tədbirlərinin həyata keçirilməsi mövzusunda seminar təşkil edilmişdir.
Banqladeş, Çin, Hindistan, İndoneziya, İran, İsrail, Qazaxıstan, Monqolustan, Pakistan, Fələstin, Qatar, Koreya, Rusiya, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnamdan olan hərbi ekspertlər və səfirlik nümayəndələri, o cümlədən, Belarus, ABŞ, Ukrayna və Yaponiya kimi AQFETM müşahidəçiləri seminarda iştirak etmişdir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Şanxay Əməkdaşlıq Təşkilatının Regional Terrorla Mübarizə Strukturunun nümayəndələri də seminarda iştirak etmişdir.
Seminar ərzində Rusiya, Türkiyə və Qazaxıstan Hərbi Qüvvələri, AQFETM Katibliyi və ATƏT nümayəndələri fəaliyyətləri və hərbi-siyasi ölçüdə əməkdaşlıq barədə təqdimatlar etmişdir.
12 oktyabr tarixində, Qazaxıstan Respublikası Müdafiə və Aerokosmik Sənaye Nazirliyi iştirakçılar üçün Baykonur Kosmodromuna səfər təşkil etmişdir.
TürkPA Baş katibi Jandos Asanov və Komissiya katibi Emin Həsənov da tədbirdə iştirak etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026