TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Astana Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşünə ev sahibliyi edib

Astana Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşünə ev sahibliyi edib

Tarix
Baxış
3
3 noyabr 2023-cü il tarixində Baş katib Mehmet Süreyya Er Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Görüşündə iştirak edib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin evsahibliyi etdiyi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistandan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak ediblər. Tədbirdə həmçinin TDT-nin Ağsaqqallar Şurasının üzvləri və türk əməkdaşlıq təşkilatlarının rəhbərləri də iştirak ediblər. Zirvə görüşü zamanı təşkilata sədrlik Özbəkistandan Qazaxıstana təhvil verilib. Dövlət başçıları türk dünyası çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə sarsılmaz sadiqliyini ifadə ediblər. Zirvə görüşündə Astana Aktı qəbul edilib və fevralın 6-sı “Türk Dünyası Fəlakət Qurbanlarını Anma və Həmrəylik Günü” elan edilib. Eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-də müşahidəçi statusu verilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Türk dünyasının ali ordeni” ilə təltif edilib. 10-cu Zirvə Görüşü Bəyannaməsi dövlət başçıları tərəfindən imzalanıb. Növbəti toplantının 2024-cü ildə Qırğızıstanda keçirilməsi qərara alınıb. Zirvə görüşündən öncə Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda təşkilatın gündəliyinə dair müxtəlif məsələlər müzakirə edilib. Baş katib Mehmet Süreyya Er həmin iclasda iştirak və çıxış edib.