TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Aşqabadda TÜRKSOY üzv dövlətlərinin UNESCO üzrə Milli Komissiyalarının 10-cu iclası keçirilib

Aşqabadda TÜRKSOY üzv dövlətlərinin UNESCO üzrə Milli Komissiyalarının 10-cu iclası keçirilib

Tarix
Baxış
3
16 may 2024-cü il tarixində Baş katib Mehmet Süreyya Er Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş Türkmənistanın UNESCO üzrə Milli Komissiyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə TÜRKSOY üzv dövlətlərinin UNESCO üzrə Milli Komissiyalarının 10-cu iclasında iştirak edib. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Macarıstan və Monqolustan nümayəndə heyətləri iştirak edib. Tədbirdə Türkmənistanın xarici işlər naziri, Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının sədri Rəşid Meredov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova, Türk Akademiyasının vitse-prezidenti Asxat Kessikbayev, Türkiyənin UNESCO üzrə Milli Komissiyasının prezidenti Öcal Oğuz, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, UNESCO-nun Almatı Regional Ofisinin direktoru Amir Piric, Qazaxıstanın UNESCO üzrə Milli Komissiyasının məsul katibi Janar Şaymenova, Qırğızıstanın UNESCO üzrə Milli Komissiyasının məsul katibi Sabira Soltongeldiyeva və digər qonaqlar iştirak ediblər. Türkmənistanın xarici işlər naziri, Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının sədri Rəşid Meredov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev və Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının icraçı katibi Çinar Rustamova açılış nitqi ilə çıxış ediblər. İclasda Baş katib Mehmet Süreyya Er də çıxış edib. Baş katib mədəni irsin qorunması və təhsilin inkişafına həsr olunmuş iclasın təhsilin əhəmiyyətinin, mədəni müxtəliflik dəyərlərinin, tolerantlığın, qarşılıqlı hörmət və anlaşmanın təbliğinə töhfə verəcəyinə əminliyini ifadə edib. İştirakçılar maddi və qeyri-maddi irsə, eləcə də perspektiv ortaq layihələrə dair müzakirələr aparıb, müvafiq təşkilatların və milli komissiyaların ortaq səylərinin və fəaliyyətinin türk dövlətləri arasında mədəni turizmin inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər. İclasda platformaya sədrlik Azərbaycandan Türkmənistana təhvil verilib. Tədbir çərçivəsində “Türk Dünyası Mədəni İrsinin Qorunması haqqında Konvensiya çərçivəsində əməkdaşlıq” mövzusunda seminar da təşkil olunub. Seminara Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova moderatorluq edib.