Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin icla
Tarix
Baxış
3
13-15 mart 2017-ci il tarixində TürkPA Baş katibinin müavini Altınbek Mamayusupov AQFETM-in Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin Tailandın Banqkok şəhərində keçirilən iclaslarında iştirak etmişdir.
Toplantılar çərçivəsində Baş katibin müavini AQFETM Katibliyinin İcraçı Direktoru ilə görüşmüş, dəvətə görə təşəkkürünü bildirmişdir və hər iki tərəf iki təşkilat arasında qarşılıqlı əməkdaşlıqla bağlı məmnuniyyətlərini ifadə etmişdir.
Cənab Mamayusupov qeyd edilən toplantıda iştirak edən Türkdilli ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparmışdır.
TürkPA 2012-ci ildən AQFETM-də müşahidəçi statusuna malikdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026