TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
AQFETM-in İcraçı direktoru ilə ikitərəfli görüş keçirilib

AQFETM-in İcraçı direktoru ilə ikitərəfli görüş keçirilib

Tarix
Baxış
3
23-24 iyun 2022-ci il tarixində 11-ci Plenar iclas çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin İcraçı direktoru Kayrat Sarıbay və Baş katib Mehmet Süreyya Er ikitərəfli görüş keçirmişdir. TÜRKPA-nın 11-ci Plenar iclasına dəvət etdiyi üçün Baş katibə təşəkkürünü bildirən cənab Sarıbay AQFETM-in son fəaliyyətləri haqqında qısa məlumat vermişdir. Öz növbəsində Baş katib bu önəmli tədbirdə iştirakı üçün cənab Sarıbaya təşəkkür etmiş və AQFETM ilə əlaqələrin önəmini vurğulamışdır. Tərəflər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair fikir mübadiləsi və təşkilatlar arasında fəaliyyətin genişləndirilməsi yollarına dair müzakirələr aparmışdır.