TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Antalya TÜRKPA üzv parlamentlərinin daimi komitələrinin iclasına ev sahibliyi edib

Antalya TÜRKPA üzv parlamentlərinin daimi komitələrinin iclasına ev sahibliyi edib

Tarix
Baxış
3
22-23 noyabr 2023-cü il tarixlərində TÜRKPA Katibliyinin nümayəndələri Antalyada Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyində “Qadın və kişilər üçün bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən üzv parlamentlərin daimi komitələrinin iclasında iştirak edib. İclasa TBMM Qadınlar və kişilər üçün bərabər imkanlar komitəsinin sədri Çiğdem Erdoğan Atabek sədrlik edib. Tədbirdə çıxış edən Komitə sədri türk dünyasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi üçün səmərəli platforma kimi TÜRKPA çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, belə görüşlərin üzv parlamentlər arasında qadınların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib. Görüşdə qadınların qərar vermə mexanizmlərində iştirakı, təhsil sahəsində qadınların səlahiyyətlərinin artırılmasının vacibliyi, qadınların dövlət və özəl sektorda bərabər iqtisadi imkanlara çıxışı sahəsində problemlər və imkanlar müzakirə olunub. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvləri Gulya Kojokulova və Gülşarkan Kultayeva, TBMM üzvləri Çiğdem Koncagül, Suna Kepolu Ataman, Tuba Vural Çokal, Fatma Ekmekçi, Ayşe Sibel Ersoy, Şenol Sunat, Pelin Yılık, TBMM baş katibinin müavini Kübra Teymur, Özbəkistan Respublikası Ali Məclisi Senatının üzvləri Manzurə Səlimova, Abir Hüseynova, Qanunvericilik Palatasının üzvləri Özbəkistan Respublikası Ali Məclisi – Əmək və Sosial Məsələlər Komitəsinin sədri Mavludaxon Xocayeva və Zəfər Xudayberdiyev, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədr müavini Fazilet Özdenefe və Məclisin üzvü Rəsmiyye Canaltay tədbirdə çıxış ediblər. İki gün davam edən tədbir türk dövlətlərinin parlamentarilərini qadınların ictimai həyatın bütün sahələrində səlahiyyətlərinin artırılması, qadınların qərar qəbuletmə prosesinin bütün səviyyələrində iştirakının təmin edilməsi və liderlik üçün bərabər imkanların təmin edilməsi, qadın və qızların hüquqlarının qorunması, o cümlədən, qadınların türk dövlətlərində qarşılaşdıqları cari problemləri müzakirə etmək məqsədilə Milli Strategiya və proqramların həyata keçirilməsi də daxil olmaqla, səmərəli siyasət və təcrübələr üzrə təcrübə mübadiləsi aparmaq üçün bir araya gətirib. İştirakçılar qadınlara qarşı ayrı-seçkiliyin tamamilə aradan qaldırılması üçün birgə parlament səylərinin vacibliyini vurğulayıb. İclas TBMM Qadınlar və kişilər üçün bərabər imkanlar Komitəsinin sədri Çiğdem Erdoğan Atabek və Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın yekun çıxışları ilə sona çatıb.