TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Ankarada TÜRKSOY-un 30-cu ildönümünə həsr olunmuş qəbul keçirilib

Ankarada TÜRKSOY-un 30-cu ildönümünə həsr olunmuş qəbul keçirilib

Tarix
Baxış
3
12 dekabr 2023-cü il tarixində Baş katib Mehmet Süreyya Er Ankarada TÜRKSOY-un 30-cu ildönümünə həsr olunmuş qəbulda iştirak edib. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, türk əməkdaşlıq təşkilatlarının, diplomatik korpusların, akademik dairələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Rayev belə bir əlamətdar hadisəni dostların əhatəsində qeyd etməkdən böyük məmnunluq duyduğunu ifadə edib. O, həmçinin türk əməkdaşlığının təkcə mədəniyyət sahəsində deyil, o cümlədən siyasət, təhsil, iqtisadiyyat, təhlükəsizlik sahələrində də mütərəqqi şəkildə inkişaf etdiyini qeyd edib. Tədbirdə çıxış edənlər TÜRKSOY-u təbrik edərək, təşkilatın bundan sonra da uğurlu şəkildə fəaliyyətini davam etdirəcəyinə inamını ifadə ediblər. Tədbir çərçivəsində görkəmli dövlət xadimləri TÜRKSOY-un “Şərəf” medalları ilə təltif ediliblər. Tədbir rəngarəng musiqi və rəqs proqramı ilə başa çatıb.