Alanya 21-ci beynəlxalq turizm və incəsənət festivalına ev sahibliyi edib
Tarix
Baxış
3
2-4 iyun 2023-cü il tarixlərində Baş katib Mehmet Süreyya Er Alanya bələdiyyəsi tərəfindən təşkil edilən 21-ci Alanya beynəlxalq turizm və incəsənət festivalında iştirak etmişdir.
Tədbirdə 16 ölkədən 300-dən çox qonaq, o cümlədən türk əməkdaşlıq təşkilatlarının rəhbər və nümayəndələri, Alanya ilə qardaşlaşmış şəhərlərin nümayəndə heyətləri, assosiasiyalar və digər qurumların nümayəndələri iştirak etmişdir.
Festival Atatürk Anıtqəbri qarşısında ənənəvi Yörük köçü və yürüşü ilə başlamışdır. Daha sonra İskələ şəlaləsi meydanında festivalın açılış mərasimi baş tutmuşdur.
Açılış mərasimində Baş katib Mehmet Süreyya Er çıxış etmişdir. Açılış mərasimində həmçinin Alanya bələdiyyəsinin sədri Adem Murat Yücel, Alanya qubernatoru Fatih Ürkmezer, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocaman, TÜRKSOY Baş katibinin baş müşaviri Kamal Ün nitq söyləmişdir.
Alanya bələdiyyəsinin sədri Adem Murat Yücel türk dövlətlərinin nümayəndələrinin iştirakı ilə belə bir mühüm tədbirin keçirilməsindən məmnunluğunu ifadə etmişdir.
Qonaqlar 11 fotosərgi və türk xalqlarının milli mətbəxi, o cümlədən mədəniyyət və məişət nümunələrinin nümayiş olunduğu türk dövlətlərinin milli pavilyonları və Yörük pavilyonu ilə tanış olmuşdur.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026