TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
4-cü Antalya Diplomatiya Forumu keçirilib

4-cü Antalya Diplomatiya Forumu keçirilib

Tarix
Baxış
3
11-13 aprel 2025-ci il tarixlərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Türkiyənin Antalya şəhərində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusunda 4-cü Antalya Diplomatiya Forumu (ADF2025) keçirilib. Forum qlobal liderləri, siyasətçiləri, alimləri, biznes ekspertlərini, o cümlədən media dairələri və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib. Forumda 140 ölkədən 4000-dən çox iştirakçı, o cümlədən 20-dən çox dövlət və hökumət başçısı, 70-dən çox nazir, onlardan 50-si xarici işlər naziri olmaqla, 60-a yaxın beynəlxalq təşkilatlardan yüksək səviyyəli nümayəndə iştirak edib. Üç gün davam edən tədbirdə iqlim dəyişmələri, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəlikdə duran mühüm məsələlər üzrə 50-dən çox sessiya keçirilib. Forumun panellərində artan geosiyasi ziddiyyətlər, qlobal bərabərsizliklərin dərinləşməsi, mülki şəxsləri hədəf alan zorakılığın artması, fərqli baxışlara qarşı dözümsüzlük, texnoloji pozuntuların yaratdığı qeyri-müəyyənliklər və iqlim böhranının çoxölçülü təsiri müzakirə edilib. Forumda TÜRKPA-nı “Çoxqütblülük dövründə tərəfdaşlığın axtarılması” mövzusunda liderlər paneli, “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzusunda dəyirmi masa, rəsmi açılış mərasimi, “Türk Dövlətləri Təşkilatı: Unikal əməkdaşlıq modeli”, “Yeni dövrdə diplomatiya və enerji təhlükəsizliyi” panelləri, “Parçalanmış dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” mövzusunda yüksək səviyyəli sessiya və “Qlobal iqtisadi tərəfdaşlıqlarla əlaqədar Latın Amerikası ölkələrinin regional perspektivləri” mövzusunda dəyirmi masada komissiya katibi Aynurə Abutalıbova təmsil edib.