TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA-nın Yaradılması Günü

TÜRKPA-nın Yaradılması Günü

Tarix
Baxış
2
16 il öncə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin imzaladığı İstanbul sazişi ilə 2008-ci ilin bu tarixində yaradılmış TÜRKPA 16 il ərzində özünəməxsus təkamül və inkişaf yolu keçib. 16 il ərzində təşkilatımızın fəaliyyəti getdikcə genişlənərək, zamanın tələbinə və artan vəzifələrinə uyğun olaraq, müxtəlif əməkdaşlıq mexanizmləri və formatlarının işə salınması ilə daha da zənginləşmişdir. Bu gün TÜRKPA türk əməkdaşlığının parlament ölçüsü kimi parlamentlərarası təşkilatlar arasında tanınan, türk dövlətləri parlamentlərinin işlək və səmərəli qarşılıqlı fəaliyyət məkanıdır. Əldə etdiyimiz nailiyyətlərin təməlində, təbii ki, hörmətli parlamentlərimizin sədrləri rəhbərliyində millət vəkillərimizin gərgin əməyi və zəhməti dayanır. Bununla əlaqədar olaraq inanırıq ki, dövlətlərimizin bundan sonra da TÜRKPA-nın fəaliyyətinə verəcəyi dəstək təşkilatı daha da yüksək pillələrə qaldıracaqdır. Bu gün türk dünyasının birliyi, həmrəyliyi daha möhkəm, əməkdaşlığı daha fəaldır. Dövlət başçılarımızın türk əməkdaşlığına olan sarsılmaz iradəsi və qətiyyəti bizi yeni nailiyyətlərə və uğurlara doğru daha böyük səylə çalışmağa ilhamlandırır və TÜRKPA 16 ilin müsbət təcrübəsi və əməkdaşlıq əzmi ilə üzərinə düşən məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməyə davam edəcək.