TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Katibliyinin Xocalı soyqırımının anım günü ilə bağlı mesajı

TÜRKPA Katibliyinin Xocalı soyqırımının anım günü ilə bağlı mesajı

Tarix
Baxış
2
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı ağlasığmaz qəddarlıqla törədilmiş tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımından 32 il keçir. Azərbaycanın Xocalı şəhərinə edilən hücum nəticəsində yüzlərlə günahsız Azərbaycan vətəndaşı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilmiş və girov götürülmüşdür. Üzərindən illər keçsə də Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur, düşüncələrdə və qəlblərdə yaşayır. TÜRKPA Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqının və hökumətinin yanında olmağa davam edir.