TÜRKPA Katibliyinin Xocalı soyqırımının anım günü ilə bağlı mesajı
Tarix
Baxış
2
Aradan 33 il keçməsinə baxmayaraq, Xocalı soyqırımının acısı unudulmur və onun iztirabları hələ də soyumayıb. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayətdə vəhşicəsinə qətlə yetirilən hər bir günahsız mülki şəxsin xatirəsi qəlbimizdə sağalmamış yara olaraq qalmaqdadır.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdiyi ağlasığmaz vəhşiliklər nəticəsində yüzlərlə günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib. Qurbanlar arasında qadınlar, uşaqlar, həmçinin qocalar olub və həmin faciəli gecədə xeyli Xocalı sakini girov götürülüb.
TÜRKPA ailəsi olaraq Xocalı soyqırımı qurbanlarının müqəddəs xatirəsini yad edir, onlara əbədi sülh diləyirik. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı və dövləti ilə sarsılmaz həmrəyliyimizi bir daha bəyan edirik.
Axtarış
Digər Bəyanatlar
-
Qırğız Respublikasının Dövlət Bayrağı Günü
- 03 mar 2026
-
Beynəlxalq Qadınlar Günü mübarək!
- 08 mar 2026