TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Katibliyinin faciəvi təyyarə qəzası ilə əlaqədar başsağlığı mesajı

TÜRKPA Katibliyinin faciəvi təyyarə qəzası ilə əlaqədar başsağlığı mesajı

Tarix
Baxış
2
Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş Bakı-Qroznı reysi ilə uçuş həyata keçirən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin faciəvi qəzası nəticəsində insan tələfatı ilə bağlı faciəli xəbəri dərin kədər hissi və hüznlə qarşıladı. Düşüncələrimiz və dualarımızla bu dağıdıcı hadisədən zərər çəkənlərin yanında olduğumuzu ifadə edirik. Bu faciəli hadisədən zərər çəkmiş bütün ölkələrin xalqlarına və həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik.