TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Katibliyi Azərbaycanda matəm günü ilə əlaqədar bayraqları yarıya qədər endirib

TÜRKPA Katibliyi Azərbaycanda matəm günü ilə əlaqədar bayraqları yarıya qədər endirib

Tarix
Baxış
2
TÜRKPA Katibliyi Azərbaycan xalqının kədərinə şərik olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciəvi insan tələfatı ilə əlaqədar matən günü elan edilmiş 26 dekabr 2024-cü il tarixində bayraqları yarıya qədər endirib. TÜRKPA Azərbaycan xalqına və dövlət başçısına, eləcə də bu faciəvi və ağır itkidən zərər çəkmiş bütün ölkələrin xalqlarına dərin hüznlə başsağlığı verir. TÜRKPA bu kədərli məqamda insan tələfatına görə kədərləndiyini bildirir və bədbəxt hadisə nəticəsində həyatını itirmiş səxşlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyir.