TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibinin Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı mesajı

TÜRKPA Baş katibinin Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı mesajı

Tarix
Baxış
4
11 noyabr 2025-ci il tarixində Azərbaycanın Gəncə şəhərindən havaya qalxaraq Türkiyəyə istiqamət alan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhəddində qəzaya uğraması xəbəri hamımızı dərindən sarsıdaraq böyük bir kədərə bürüdü. Qəhrəman türk əsgərlərini daşıyan bu təyyarənin qəzaya uğraması nəticəsində yaşanan ağır itki, Türk xalqının qəlbində dərin bir yara açmışdır. Qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə ən dərin hüznlə başsağlığı verir, şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə səbr, yaralı əsgərlərimizə isə tezliklə şəfa diləyirik. Bu acılı günlərdə, Türk Dövlətləri Parlament Assambleyası olaraq, qurucu üzvlərimizdən biri olan Türkiyə Respublikasının və Türk xalqının hər zaman yanında olduğumuzu bir daha bəyan edirik. Qəzanın səbəblərinin aydınlaşdırılması üçün hazırlanacaq texniki hesabatın bu faciəli hadisəni bütün təfərrüatları ilə üzə çıxaracağına inanırıq. Qardaşlığımız birdir və əbədidir. Bu çətin günlərdə bütün Türk dünyası ilə birlikdə bu kədəri bölüşür, həmrəyliyimizi bir daha ifadə edirik. Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi