TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibinin Dünya Türk Dili Ailəsi Günü münasibətilə müraciəti

TÜRKPA Baş katibinin Dünya Türk Dili Ailəsi Günü münasibətilə müraciəti

Tarix
Baxış
2
Bu gün, 15 dekabr 2025-ci il tarixində türk dünyası mühüm bir tarixi hadisəni – 3 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində keçirilmiş UNESCO-nun 43-cü Ümumi Konfransında rəsmi olaraq elan edilmiş “Dünya Türk Dili Ailəsi Günü”nü qeyd edir. Bu əlamətdar gün türk dillərinin zəngin mədəni irsini və onların türk xalqlarının ortaq kimliyinin, dəyərlərinin və tarixi davamlılığının möhkəmləndirilməsində birləşdirici amil kimi mühüm rolunu bir daha ön plana çıxarır. UNESCO tərəfindən bu günün tanıması türk dünyasının artan beynəlxalq nüfuzunun, eləcə də onun qlobal mədəni müxtəlifliyə və sivilizasiyalararası dialoqa verdiyi uzunmüddətli töhfənin bariz nümunəsidir. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan bütün üzv və müşahidəçi dövlətləri bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Eyni zamanda, TÜRKPA-nın türk xalqlarının əvəzolunmaz mədəni irsinin qorunması, zənginləşdirilməsi və təbliğinə sarsılmaz sadiqliyini bir daha təsdiq edirəm.
**Səfir Ramil Həsən** TÜRKPA Baş katibi