TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

TÜRKPA Azərbaycanda Anım Günündə şəhidlərin xatirəsini yad edir

Tarix
Baxış
2
27 sentyabr tarixi Azərbaycanda 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərmiş və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərə dərin ehtiramın ifadəsi olaraq Anım Günü kimi qeyd edilir. Azərbaycan xalqının iradəsi, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qətiyyəti və misilsiz şücaəti müasir tarixə bənzərsiz hadisə kimi həkk olunmuş böyük zəfəri təmin etmişdir. Anım Günündə TÜRKPA Vətən uğrunda şəhidlik mərtəbəsinə ucalmış qəhrəman övladların əziz xatirəsini ehtiramla yad edir, onların ruhuna Allahdan rəhmət diləyir.