Türkiyə Cumhuriyyətinin Respublika Günü
Tarix
Baxış
2
Əzəldən bəri azad yaşamış Türk milləti ona vurulmaq istənilən zənciri qırmaq üçün başladığı müqəddəs mübarizənin böyük bir zəfərlə başa çatmasından sonra, 29 oktyabr 1923-cü ildə millətin iradəsinin ən ülvi təzahürü, Türkiyə Böyük Millət Məclisində elan etdiyi Cümhuriyyətin 102-ci ildönümünü qürur və sevinclə qeyd edir.
Bu mənalı gündə Türk Dövlətləri Parlament Assambleyası dövləti və milləti ilə Türkiyənin həyəcanına ürəkdən qoşulur, məzlum xalqların varlıq mübarizəsində ilham mənbəyi olan bu əsrlik çinarın kölgəsi altında sülh və əmin-amanlıq içində əbədi olaraq var olması təmənnisi ilə türk millətini və bütün dostlarını Cumhuriyyət bayramını təbrik edir. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkü, silahdaşlarını və bu müqəddəs Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidləri hörmət, minnətdarlıq və mərhəmətlə anırıq.
Axtarış
Digər Bəyanatlar
-
Qırğız Respublikasının Dövlət Bayrağı Günü
- 03 mar 2026
-
Beynəlxalq Qadınlar Günü mübarək!
- 08 mar 2026