Türkdilli Ölkələrin Parlament Assambleyasının Qırğızıstan Respublikasındakı vəziyyətlə bağlı bəyanatı
Tarix
Baxış
2
Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Qırğızıstan Respublikasında parlament seçkilərindən sonra yaranmış gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edərək bütün siyasi qrupları və vətəndaşları ölkənin hüquqi məcraya dönüşü istiqamətində səylərində xalq tərəfindən seçilmiş Qırğızıstan Respublikası Prezidenti cənab Sooronbay Jeenbekovun ətrafında birləşməyə çağırır.
TÜRKPA üzvü olaraq Qırğızıstan Respublikası türkdilli ölkələr arasında qarşılıqlı fəaliyyətdə önəmli rol oynayır və onun siyasi sabitliyi regionun təhlükəsizliyində mühüm amildir.
Assambleya hüquqi çərçivədə və Qırğızıstan Respublikasının Konstitusiyasına uyğun olaraq qısa zamanda ölkədə vəziyyətin sabitləşməsinə ümidini ifadə edir.
Axtarış
Digər Bəyanatlar
-
Qırğız Respublikasının Dövlət Bayrağı Günü
- 03 mar 2026
-
Beynəlxalq Qadınlar Günü mübarək!
- 08 mar 2026