TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatı

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatı

Tarix
Baxış
3

TÜRKPA Beynəlxalq Katibliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq, 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınların qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Etnik təmizləmə zəminində Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş bu dəhşətli qətliam minlərlə günahsız insanın həyatına son qoymuş ən ağır cinayətlərdən biri kimi xalqın qan yaddaşına yazılmışdır. Günahsız insanlara qarşı həyata keçirilmiş bu hadisə xalqın mədəni və mənəvi irsinə də ciddi zərbə vurmuşdur.

TÜRKPA Beynəlxalq Katibliyi 108 il bundan əvvəl törədilmiş soyqırım hadisəsini qətiyyətlə pisləyir və faciə qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir.