Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin Qazaxıstan Respublikası Milli Qurultayının 5-ci iclasının nəticələri ilə bağlı Bəyanatı
6
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Qazaxıstan Respublikasının Prezidenti, cənab Kasım-Jomart Tokayev tərəfindən Milli Qurultayın 5-ci iclasında dövlətin institusional əsaslarının möhkəmləndirilməsinə və “Ədalətli Qazaxıstan” baxışının irəlilədilməsinə yönəlmiş təşəbbüsləri yüksək dəyərləndirir.
TÜRKPA Qazaxıstan Respublikasında həyata keçirilən islahat gündəliyini, xüsusən də konstitusiya və parlament çərçivələrində muasirləşməni, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını və nümayəndəlik institutlarının rolunun gücləndirilməsini dəstəklədiyini bildirir. Assambleya birpalatalı parlamentə, Qurultaya keçidə, qanunvericilik səlahiyyətlərinin genişləndirilməsinə, yeni məsləhətçi xarakterli mexanizmlərin təsis edilməsinə, habelə siyasi proseslərdə inklüzivliyinin təmin edilməsinə və davamlı ictimai dialoqun təşviqinə xidmət edən tədbirlərin qəbul edilməsiniə tərəf olduğunu bildirir. İslahatların balanslı və mərhələli şəkildə, obyektiv ictimai tələblərə və cəmiyyətin siyasi transformasiyaya hazırlığına uyğun olaraq həyata keçirilməsinin həmin islahatların dayanıqlılığına və legitimliyinə töhfə verdiyi xüsusi vurğulanıb.
Assambleya qeyd edir ki, təklif olunan islahatlar qanunun aliliyinin möhkəmləndirilməsin, dövlət qurumlarının şəffaflığının və hesabatlılığının artırılmasına, sosial sahədə büdcə vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsinə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlib. TÜRKPA rəqəmsallaşdırma strategiyasına, qabaqcıl texnologiyaların tətbiqinə, şəxsi məlumatların qorunmasına və əhalinin maliyyə və rəqəmsal savadlılığının artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Assambleya ədalət, beynəlxalq hüquqa hörmət və regional və qlobal sabitliyin möhkəmləndirilməsinə əsaslanan xarici siyasətə, iqtisadi inteqrasiyaya və beynəlxalq əməkdaşlığa balanslaşdırılmış yanaşmanı alqışlayır.
TÜRKPA Qazaxıstan Respublikasının Türk dünyasında əsas regional subyektlərdən biri kimi onun strateji rolunu vurğulayır və həmçinin türk dövlətlərinin xalqları arasında davamlı inkişaf və rifah naminə ən səmərəli təcrübələrin mübadiləsində və idarə olunmasında iştirak etməyə hazır olduğunu bildirir.
Səfir Ramil Həsən
Türk Dövlətlərinin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi
Axtarış
Digər Bəyanatlar
-
Qırğız Respublikasının Dövlət Bayrağı Günü
- 03 mar 2026
-
Beynəlxalq Qadınlar Günü mübarək!
- 08 mar 2026