TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

Türk Dövlətləri Parlament Assambleyası Katibliyinin Qəzzada xəstəxanaya edilən hücumla bağlı bəyanatı

Tarix
Baxış
2
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 17 oktyabr 2023-cü il tarixində Qəzzada xəstəxanaya edilən və yüzlərlə mülki şəxsin ölümü və çox sayda insanın yaralanması ilə nəticələnən hava hücumunu qətiyyətlə pisləyir. Katiblik vurğulayır ki, xəstəxanaların və tibb işçilərinin toxunulmazlığına hörmət etmək vacibdir və insanların müalicə və yardım almaq imkanından məhrum edilməsi beynəlxalq insan hüquqları hüququnun pozulmasıdır. Sülhdə uduzan tərəfin olmayacağına əsaslanaraq, TÜRKPA mülki əhalinin yaşamaq hüququnun qorunması üçün dərhal atəşkəsin həyata keçiriləcəyinə ümid edir.