Türk Dövlətləri Parlament Assambleyası Katibliyinin Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı bəyanatı
Tarix
Baxış
2
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin son günlər törətdiyi və Azərbaycan tərəfindən lokal xarakterli antiterror tədbirlərinin başlanılması ilə nəticələnən təxribat və terror aktlarını pisləyir.
Təəssüf ki, Qarabağ bölgəsində Azərbaycana qarşı törədilmiş təxribat və terror aktları Azərbaycanın mülki əhalisi və hərbçilərinin həlak olması ilə nəticələnərək, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirir.
TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ən güclü dəstəyi bir daha vurğulayaraq, Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin regionda sülh və təhlükəsizliyi, Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan Respublikasının konstitusiya çərçivəsinə reinteqrasiyasını təmin edəcəyinə qəti əminliyini ifadə edir.
TÜRKPA Katibliyi təxribat nəticəsində insan tələfatı ilə əlaqədar şəhidlərin ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
Axtarış
Digər Bəyanatlar
-
Qırğız Respublikasının Dövlət Bayrağı Günü
- 03 mar 2026
-
Beynəlxalq Qadınlar Günü mübarək!
- 08 mar 2026