Türk Dövlətləri Əməkdaşlıq Günü
Tarix
Baxış
2
Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu il tarixində Naxçıvan Sazişinin imzalanması ilə təsis edilmişdir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın üzv olduğu, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın isə müşahidəçi olduğu bu təşkilat türk əməkdaşlığı istiqamətində fəaliyyətlərin ən yüksək səviyyədə həyata keçdiyi bir qurumdur. Türk Dövlətləri Təşkilatının Katibliyi Türk dünyasının möhtəşəm şəhəri olan İstanbulda fəaliyyətini davam etdirir. 3 oktyabr - Türk Dövlətləri Təşkilatının yarandığı gün, eyni zamanda Türk Dövlətlərinin Əməkdaşlıq Günü elan edilib.
TÜRKPA ailəsi olaraq, Türk Dövlətləri Təşkilatının 15 illik yubileyi və Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə ürəkdən təbrik edirik. Biz birlikdə daha güclüyük!
Axtarış
Digər Bəyanatlar
-
Qırğız Respublikasının Dövlət Bayrağı Günü
- 03 mar 2026
-
Beynəlxalq Qadınlar Günü mübarək!
- 08 mar 2026