TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Milli Dirçəliş Günü münasibətilə TÜRKPA Baş katibinin mesajıMilli Dirçəliş Günü münasibətilə TÜRKPA Baş katibinin mesajı

Milli Dirçəliş Günü münasibətilə TÜRKPA Baş katibinin mesajıMilli Dirçəliş Günü münasibətilə TÜRKPA Baş katibinin mesajı

Tarix
Baxış
2
Milli Dirçəliş Günü münasibətilə TÜRKPA Baş katibinin mesajı Türk Dövlətləri Parlament Assambleyası adından və şəxsən öz adımdan 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərimi bildirirəm. Bu əlamətdar tarix Azərbaycan xalqının müstəqillik yolunda əyilməz iradəsinin rəmzi olmaqla, müasir dövlətçiliyin qurulmasına və milli kimliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə verən tarixi bir mərhələnin başlanğıcını qoymuşdur. Milli tərəqqiyə doğru uzanan bu tarixi yol müstəqillik idealının ictimai şüurda dayanıqlı şəkildə bərqərar olması ilə səciyyələnmişdir. Azərbaycanın dövlətçilik ənənələri, milli özünüdərk və tarixi yaddaş üzərində qurulmuş müstəqilliyi bütün Türk Dünyası üçün dəyərli və əhəmiyyətlidir. TÜRKPA olaraq, Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edir, dövlət müstəqilliyimizin, sülhün, sabitliyin, rifahın və qardaşlıq dəyərlərinin əbədi olmasını ürəkdən arzulayırıq. Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi