Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasına dair bəyanat
Tarix
Baxış
2
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq davam etməkdə olan prosesin bir hissəsi kimi, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını təqdir edir.
TÜRKPA qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha xatırladaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması üçün səylərə dəstəyini ifadə edir və bu prosesin Cənubi Qafqazda davamlı sülh, sabitlik və dayanıqlı inkişafa nail olunmasına töhfə verəcəyinə inanır.
Axtarış
Digər Bəyanatlar
-
Qırğız Respublikasının Dövlət Bayrağı Günü
- 03 mar 2026
-
Beynəlxalq Qadınlar Günü mübarək!
- 08 mar 2026