TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katibin Yeni il münasibətilə təbrik mesajı

Baş katibin Yeni il münasibətilə təbrik mesajı

Tarix
Baxış
2
TÜRKPA Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Yeni 2026-cı il münasibətilə türk dünyasına və bütün xalqlara ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Ötən il ortaq dəyərlərin, qarşılıqlı dəstəyin və əməkdaşlıq ruhunun əhəmiyyətini bir daha təsdiqləmişdir. TÜRKPA dövlət başçılarının strateji baxışlarını və Türk Dövlətləri Təşkilatının tarixi qərarlarını rəhbər tutaraq, türk dünyasında parlamentlərarası dialoqun gücləndirilməsi, qanunların uyğunlaşdırılmasının təşviqi və parlament diplomatiyasının dərinləşdirilməsi missiyasını irəli sürməyə davam etmişdir. Biz üzv parlamentlərin, eləcə də müşahidəçi və tərəfdaş statuslarına malik parlamentlərin töhfələrini və öhdəliklərini yüksək qiymətləndiririk. Əsrlər boyu dostluq, mədəni yaxınlıq və həmrəyliyə söykənən ortaq səylərimiz bizə əməkdaşlıq üçün yeni imkanlar yaratmağa və fəaliyyətimizin əhatəsini genişləndirməyə imkan vermişdir. 2026-cı ilə doğru irəliləyərkən TÜRKPA qarşılıqlı hörmət və ortaq hədəflərə əsaslanan əməkdaşlığın təşviq edilməsinə sadiqliyini bir daha təsdiq edir. Biz birlik, qətiyyət və gələcəyə baxışla parlament diplomatiyasının rolunu gücləndirməyə, eləcə də regional və qlobal müstəvidə xalqlarımızın ortaq maraqlarını müdafiə etməyə davam edəcəyimizi qeyd edirik. Bütün insanlara sülh, firavanlıq və davamlı tərəqqi, qarşıdan gələn ilin ölkələrimizə yeni güc, harmoniya və uğurlar gətirməsini və TÜRKPA-nın türk dünyasında dostluq və əməkdaşlıq körpüsü rolunu gücləndirməyə davam etməsini arzulayıram.
**Səfir Ramil Həsən** Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi